XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2018 - 21:28

Qəzaya uğrayan Türkiyə təyyarəsində məşhur iş adamının qızı və rəfiqələri olub:"Bal ayından dönürmüşlər" + FOTO 

Xəbər verdiyimiz kimi, Türkiyədəki "Başaran Holding"ə məxsus olan 12 nəfərlik xüsusi təyyarə İran ərazisində dağa çırpılıb. Nəticədə içindəki 11 nəfər (8 sərnişin, 2 ekipaj, 1 personal) həlak olublar.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada ölən 8 sərnişin arasında "Başaran" şirkətinin sahibinin qızı da var: 

"Hüseyn Başaranın istirahət üçün Dubaya xüsusi təyyərə ilə gedən qızı orada yeni evliliyini (bal ayını) qeyd edib.  7 nəfər dostu ilə birlikdə atasının şirkətinə məxsus olan özəl təyyarə ilə İstanbula geri dönən Mina Başaran və rəfiqələri belə faciə ilə həyatlarını itiriblər".

Məlumata görə, qida, turizm, yaxtaçılıq, inşaat və enerji sahələri üzrə biznesi olan Hüseyn Başaranın qızı Mina Başaran Koç Üniversitetini bitirib. O, həmçinin "European Business School"da yüksək idarətemə üzrə magistr təhsili də alıbmış…