XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

14 Mart 2018 - 17:24

Britaniya Rusiya diplomatlarını ölkədən çıxaracaq- Skripalın zəhərlənməsinə cavab olaraq

Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiya diplomatlarını ölkədən çıxaracaq.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, baş nazir Teresa Mey zəhərlənməyə cavab olaraq bir sıra tədbirlərin bir hissəsi kimi Rusiya diplomatlarının çıxarılmasını elan edəcək.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nik Beyli də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumat olmadığını və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.