XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2018 - 18:31

BMT Təhlükəsizlik Şurası açıq iclas keçirəcək- Skripalın işi üzrə

Bu gün BMT Təhlükəsizlik Şurasının keçirəcəyi açıq iclasda Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə dair məsələ müzakirə ediləcək.

"Report"un TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.

"Açıq görüş saat 15:00-da (Nyu-York vaxtı ilə) baş tutacaq", – diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var. Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.