XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2018 - 00:23

Ərdoğan yenə ABŞ-ı tənqid etdi:"Suriyada 20 hərbi baza qurubsuz, siz kiminlə bir yerdəsiz?"

"Afrində zərərsizləşdirilən terrorçuların sayı 3486-ya qalxdı".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səhiyyə işçilərinin bayramı münasibətilə təşkil edilən çıxışında deyib.

Prezident bildirib ki, Türkiyənin məqsədi terrorçuları təmizləməkdir: “Afrinə gedirik. Demək olar ki, mərkəzə yaxınlaşmış vəziyyətdəyik. Bizim dərdimiz işğal deyil, terror dəhlizini terrorçulardan təmizləməkdir".

Ərdoğan bundan sonra ABŞ-a mesaj verib: "Suriyada 20 hərbi baza yaradıldı. Niyə quruldu bunlar? Türkiyə və İranın Suriya ilə sərhədi var. Bəs, ABŞ-ın sərhədi varmı? Koalisiya qüvvələrinin sərhədi varmı? Rusiya da rejim qüvvələri ilə birlikdə hərəkət edir. Koalisiya qüvvələri kiminlə hərəkət edir?”.

Axar.az