XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 10:37

Çavuşoğlunun Vaşinqtona səfəri təxirə salındı –Tillersonun istefasına görə

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Vaşinqton səfəri təxirə salınıb.

Bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Xəbərdə deyilir ki, nazir Çavuşoğlunun martın 19-da Vaşinqtona planlaşdırılan səfəri təxirə salınıb.

Qeyd edək ki, bu tarixdə Türkiyə xarici işlər naziri Vaşinqtonda ABŞ dövlət katibi Tillersonla görüşməli idi. Eyni zamanda Ankara-Vaşinqton razılaşması əsasında iki ölkənin mütəxəssisləri arasında münasibətlərdəki problemlər və Menbiç məsələsi ilə bağlı ortaq müzakirələrin keçirilməsi gözlənilirdi. Lakin ABŞ dövlət katibi Reks Tillersonun prezident tərəfindən istefaya göndərilməsi və onun yerinə Pompeonun gətirilməsi bu görüşü sual altına salıb/Teleqraf.com.