XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

15 Mart 2018 - 11:15

“Terrorçulara aldanıb qardaşına atəş açma, təslim ol…” –Türkiyə Afrinin əhalisinə səsləndi

Afrinin mərkəzini mühasirəyə alan Türkiyə ordusu mülki şəxslərin bölgəni tərk etməsi üçün iki kilometrlik dəhliz yaradıb.

Bununla yanaşı, “TRT Kürdcə”nin Afrindəki radio yayımında bölgədə yaşayan vətəndaşlara və məcburi şəkildə terrorçuların sıralarına cəlb edilənlərə çağırış edilib.

“Terror təşkilatına aldanıb qardaşına atəş açma. Bizdən qorxma, Türkiyə dövlətinin ədalətinə güvən, təslim ol. Afrində sülh və hüzur dolu bir gələcək səni gözləyir”, – çağırışda deyilib.

Qeyd edək ki, TSQ-nin Afrinin mərkəzini mühasirəyə alması terrorçular arasında təşvişə səbəb olub. Artıq bir çox terrorçu PKK-nın sıralarını tərk edib/Axar.az.