Foto: Sergey Skripal və qızı Yuliya
Strateq.az xəbər verir ki, Rusiyanın məşhur internet resurslarından “Rosbalt” İnformasiya Agentliyi Britaniyanın Solsberi şəhərində QRU-nun keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiya xüsusi xidmətlərinin əli olub-olmadığı haqda on-line rejimdə sorğu keçirir.
Sorğuya belə sual qoyulub: “Siz inanırsınızmı ki, İngiltərədə Skripalın zəhərlənməsində Rusiya xüsusi xidmətlətrinin əli var?”.
Saat 12.57-yə olan cavablar isə aşağıdakı kimidir:
– Bəli – 2151 nəfər (53.71%)
– Yox – 1455 nəfər (36.33%)
– Bilmirəm 9%
Cəmi səslər: 4005