XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 19:31

Prezident xidmət əməkdaşlarını təltif etdi, 3 nəfərə ali xüsusi rütbə verdi –Aralarında Vasif Talıbovun oğlu, Əli Nağıyevin qardaşı da var

 Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:

"Tərəqqi” medalı ilə:

Səfərov Rövşən Elxan oğlu

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə:

Abdullayev Ramil İntizam oğlu

Əhmədov Tural Rüstəm oğlu

Əliyev Pərviz Namiq oğlu

Hüseynova Əfsanə Məzahir qızı

İsayev Əli Arif oğlu

Kazumova Günay Şaiq qızı

Kərimova Zülfiyyə Ənvər qızı

Məmmədov Kənan Əsvər oğlu

Mirzəyev Elvin Əli oğlu

Mikayılov Bağır Mikayıl oğlu

Şirəliyev Kamil Güləli oğlu.

***

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. 

Sərəncama görə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Talıbov Rza Vasif oğluna və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Nəbiyev Şahin Hidayət oğluna isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 

Strateq.az xatırladır ki, ali xüsusi rütbə verilənlərdən Vəli Nağıyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general Əli Nağıyevin qardaşı, Rza Talıbov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.