XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 22:23

“Hələlik 48 min dinc sakin Afrini tərk edə bilib” –BMT açıqladı

Türkiyə ordusunun mühasirəyə aldığı Afrini dinc sakinlər tərk edir. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT açıqlama yayıb.

Bildirilib ki, son bir neçə gün ərzində hələlik 48 min dinc sakin Afrindən çıxa bilib.

Xatırladaq ki, Türkiyə ordusu Afrində dinc sakinlərin şəhəri tərk etməsi üçün 2 km-lik dəhliz saxlayıb. Bundan sonra təyyarə ilə havadan üç dildə – türk, ərəb və kürd dilində afrinlilərə müraciət edilib. YPG/PYD terrorçuları isə dinc əhalidən qalxan kimi istifadə etmək niyyəti ilə onların çıxmasını əngəlləməyə çalışır.