XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Mart 2018 - 23:51

İsa Qəmbər ölkəyə döndü: "Müayinə və müalicəsini tam başa vurub" + FOTOLAR

Səhhətində yaranmış problemlə əlaqədar Türkiyənin Hacettəpə Xəstəxanasında müalicə olunan Müsavat partiyasının lideri İsa Qəmbər bu gün ölkəyə dönüb.

Strateq.az xəbər verir ki, bu barədə partiyanın hazırkı başqanı Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, İsa bəy müayinə və müalicəsini tam başa vurub: "Türkiyə səhiyyəsinə, başqan Cəmil Ünal bəy başda olmaqla Azərbaycan Kültür Dərnəyinə, Azərbaycanda və Türkiyədə olan, bizə dəstək verən bütün dostlara təşəkkür edirik".

Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər Bakıda Mərkəzi Klinik Xəstəxanasında ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı prosedurlardan keçib.