XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

18 Mart 2018 - 12:35

Ərdoğan Afrinin tam alınmasını təsdiqlədi:"Artıq mərkəzdə Türkiyə bayraqları dalğalanır"

"Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən bu gün 08:30-da tam nəzarət altına alınıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, hazırda şəhər mərkəzində Türkiyə və ASO bayraqları dalğalanır:

"Afrin əməliyyatını başdan bu yana dəstəkləyən millətimə təşəkkür edirəm. Türkiyə yenə də haqlının, məzlumun yanında olduğunu dünyaya göstərdi. 140 min insan Cerablusa geri qayıtdı. İndi də Afrindən olan qardaşlarımız geri qayıdacaqlar. Bölgənin inkişafı üçün hər şeyi edəcəyik. Yerli xalqına öz evlərinə sahib olması üçün gərəkən hər addımı atacağıq".

Axar.az