XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 14:25

“Türkiyə PKK ilə savaşda 800 milyard dollarlıq iqtisadi itki verib…” –Ekspert

"PKK Afrin hərəkatı boyunca fərqli konsepsiyanı sınaqdan keçirdi".

Bunu NTV televiziyasına müsahibəsində türkiyəli hərbi ekspert Abdullah Ağar söyləyib.

"1984-cü ildən bu yana PKK-nın tətbiq etdiyi terror doktrinasında özünün qalib gəlməyəcəyi, amma bizim də məğlub olacağımız fikri vardı. Türkiyə bu terror təşkilatı ilə savaşda 800 milyard dollarlıq iqtisadi itki verib. Bu vaxta qədər bizim bölgəmizdə 55 mindən çox insan onlara görə ölüb. Afrində isə başqa konsepsiya tətbiq edildi. PKK burada Türkiyəni məğlub etmək istədi. Bunun da nəticəsində böyük itkilər verdi. Bu, tarixdə ona vurulmuş ən böyük zərbə oldu. PKK-nın artıq taqəti qalmayıb", – deyə o, bildirib/Axr.az.