Kseniya Sobçakın Qroznıdakı müşahidəçisi Pyotr Verzilov həbs edilib.
Bu barədə informasiyanı rusiyalı aktivist Ruslan İvanov yayıb.
O, Verzilovun seçicilərə kütləvi şəkildə bülleten verilməsini görərək, onlardan bunun səbəbini soruşmaq istədikdən sonra həbs edildiyini bildirib: "İnsident Qroznıdakı 402-ci məntəqədə baş verib. Məntəqədə qeydiyyatda olmayan insanlar bülleten alırlar. Hansı əsasla bunu etmələrini soruşduqda isə səhv ünvana gəldiklərini deyib, gedirlər".
Axar.az