"Taliban"çılar Əfqanıstanın paytaxtı Kabilin şimal-qərbinə hücum edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Polisin məlumatına görə, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub. "Taliban"çılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma 2 saatdan çox davam edib.
Bununla yanaşı, silahlılar tərəfindən Qoh vilayətində yol kənarına qoyulmuş bombanın partladılması nəticəsində 1 çoban ölüb, daha 5 nəfər yaralanıb. Host vilayətinin polis nümayəndəsi bildirib ki, yol kənarına qoyulmuş bombanın partladılması nəticəsində daha 2 uşaq ölüb, habelə 9 nəfər yaralanıb.
Qeyd edək ki, "taliban"çılar ABŞ və NATO-nun 2014-cü ilin sonunda Əfqanıstanda hərbi missiyalarını rəsmi şəkildə başa çatdırmasından sonra fəallaşıblar/Report.