Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində rəqibi olmuş şəxsləri dialoqa çağırıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, prezidentliyə namizəd olmuş şəxslərlə görüş zamanı o bildirib ki, gündəlikdə olan yaxşı işlərin reallaşdırılması və ölkənin qarşılaşdığı çağırışların qarşısının alınması üçün bütün siyasi partiyaların və təşkilatların birləşməsi vacibdir: “Bu hər zaman asan olmur. Bununla belə ölkənin uzunmüddətli milli maraqları üçün açıq və dürüst dialoqa ümid edirəm”, – deyə o vurğulayıb.