XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2018 - 10:14

“Təqdim edilən kvadrokopter Çin istehsalı olan qurğudur…” –Müdafiə Nazirliyindən erməni KİV-də yayılan xəbərə reaksiya

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın vurulması ilə bağlı yayılan xəbərə reaksiya verib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, mətbuatda yayılna fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur: "Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”.