XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2018 - 10:53

ABŞ Dövlət katibinin birinci müavini Azərbaycan xalqını təbrik etdi –Novruz bayramı ilə bağlı

ABŞ dövlət katibinin birinci müavini Con Sallivan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

Təbrikdə deyili:

"Bu gün bütün dünyada milyonlarla insanlar, o cümlədən ABŞ-da, Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar bayram süfrəsi ətrafında toplaşırlar, bişirirlər, bayram edirlər, rəqs edirlər, oxuyurlar və vaxtlarını ailələri və dostları ilə keçirirlər".

Sallivan əlavə edib ki, Novruz – son hadisələrdən nəticə çıxarmaq vaxtıdır: "Nəhayət, Novruz – bizim gələcəyə ümidlərimiz haqqında düşünmək vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və tərəqqi gətirsin".

Trend