XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2018 - 13:35

“Narkotik alverçilərinə ölüm hökmü tətbiq olunmalıdır” –Trampdan sərt bəyanat

ABŞ prezidenti Donald Tramp narkotik maddə ticarəti ilə məşğul olanlara qarşı cəzaları ölüm hökmünə qədər sərtləşdirməyə çağırıb.

O, bunu  Nyu-Hempşir ştatında keçirilən tiryək böhranına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Əgər biz özümüzü narkotik alverçiləri ilə sərt aparmasaq, o zaman vaxtı boşa sərf etmiş olarıq. Bu sərtlik ölüm hökmündən ibarətdir" – deyə Tramp bildirib.

Amerika lideri özünü narkotik alverçiləri ilə sərt aparmaq və bu mübarizədən qalib ayrılmaq niyyətində olduğunu bildirib, həmçinin tiryək böhranı ilə mübarizəyə heç zaman olmadığı qədər pul ayıracağına vəd verib.

Dövlət başçısı qeyd edib ki, adam öldürmüş şəxsə ölüm hökmü və ya ömürlük cəza verilir, lakin narkotik maddələrin yayılmasına görə isə onlar 30 gün və ya 1 il həbs alırlar, yaxud da cərimə olunurlar/Report.