XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2018 - 15:49

Ərdoğandan ABŞ-a sərt cavab:"Afrindəki bütün silahlarınız yavaş-yavaş əlimizə keçir"

"Amerika bəyanat verir ki, Afrindən qayğılıyıq. Biz qayğılarımızı sizə çatdıranda harada idiniz?".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirərkən söyləyib.

"Terror təşkilatlarını təmizləyək" deyəndə harada idiniz? PYD, YPG məsələlərini ordumuz və ASO-nun necə həll etdiyi ortadadır. "Türkiyə strateji ortağımızdır" deyib, sonra terrorçularla əlaqə qurursunuz. Bizim ortağımızsansa, bizimlə bir yerdə addımlamalısan. Suriyaya 5 min TIR silah yerləşdirmisiniz. Bütün silahlar yavaş-yavaş əlimizə keçir", – deyə o, bildirib/Axar.az.