XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Mart 2018 - 19:50

Mettis:“Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”

“Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettis bildirib.

“Biz həmişə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlıq etmək istəmişik. Təəssüf ki, onlar ABŞ-ın strateji düşməni olmağı qərara alıblar. Böyük Britaniya, Ukrayna, Krımda baş verənlər buna təsdiqdir. Siyahını davam etdirmək də olar”, – deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Rusiya ilə dialoqa açıqdır: “Biz stabillik və sülh istəyirik. Bununla belə, biz demokratik təsisatlarımızı da qorumaqda davam edəcəyik”, – deyə Pentaqon rəhbəri qeyd edib.