XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 16:24

Lavrovun istefa xəbərinə Zaxarovadan reaksiya:"Bu "gizli planı" haqda bilir, amma..."

"Sergey Lavrovun Rusiya XİN rəhbəri vəzifəsindən istefa verəcəyi barədə RTVI kanalının məlumatı dezinformasiyaya oxşayır".

Bu barədə Rusiya XİN təmsilçisi Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, kanal heç bir mənbəyə istinad etməyib: “Hesab edirəm ki, bu, hansısa formada feykdir. Ola bilsin qəsdən deyil, diqqətsizlikdəndir. Ancaq kim bilir?”.

Zaxarova qeyd edib ki, bu xəbər hazırlanarkən XİN-ə heç kim müraciət etməyib. Zaxarova özü kanalla əlaqə saxladıqda və bu məlumatın məhz Lavrovun doğum günündə yayılması səbəbi ilə maraqlandıqda məlum olub ki, telekanal ad günü barədə məlumatsızdır: “Qəribə vəziyyət yaranır: Lavrovun istefa edəcəyi barədə “gizli planı” haqda kanal bilir, amma hamıya açıq olan ad günü tarixindən xəbərsizdir”.

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il 21 martda doğulub. Ötən gün onun istefa verəcəyi barədə məlumat yayılıb/Axar.az.