Türkiyə ordusu Afrində uğurlu hərbi əməliyyatları davam etdirir.
Strateq.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu gün Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Afrində daha bir uğurlu əməliyyata imza atıb. Belə ki, ordu birlikləri PYD/YPG-nin işğalında olan Baay, Kafər Nabu, Başufah və Burc Heydər kəndlərini də terrorçulardan təmizləyiblər.