Prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.