XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2018 - 17:18

Ərdoğan:"Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır"

Türkiyə Suriyanın sərhəd rayonlarında terror qruplaşmalarına qarşı yeni əməliyyatlar keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident deyib: "Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq".

Ərdoğan həmçinin qeyd edib ki, Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi də Türkiyə ordusunun gəlişini üçün çağırışlar edir:

"Heç kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar əməliyyat çərçivəsində Türkiyə Ordusunun "Azad Suriya Ordusu" ilə birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib.