XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 11:27

Ərdoğan:"Suriya ilə sərhəd rayonlarında yeni antiterror əməliyyatlarına hazırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriya ilə sərhəddə yeni antiterror əməliyyatlarının keçirilməsinə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Məlumata görə Türkiyə prezidenti qeyd edib ki, Afrində keçirilən əməliyyatda ümumilikdə 3740 terrorçu zərərsizləşdirilib.

Samsunda çıxış edən dövlət başçısının sözlərinə görə, Suriyanın bütün oyunçularının hədəfi və taktikası region sakinlərinə məlumdur. Prezident qeyd edib ki, Türkiyə Suriyanın bir sıra rayonlarının sakinlərinin çağırışlarını cavabsız qoymayacaq.

Bununla yanaşı, Ərdoğan vurğulayıb ki, heç kimin Türkiyənin Suriyanı işğal etdiyini bildirməyə haqqı yoxdur. "Məhz Qərb bütün tarix boyu özünü işğalçı və təcavüzkar kimi göstərib", – deyə Türkiyə dövlətinin rəhbəri bildirib.