XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 14:50

Karles Puçdemon saxlanılıb- Almaniya ilə sərhəddə

İspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon Almaniya ilə sərhəddə saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü onun vəkili Jaume Alonso-Kuevilyas öz "Twitter" mikrobloqunda yazıb.

Vəkil Puçdemonun Finlandiyadan Belçikaya gedərkən saxlanıldığını və hazırda komissarlıqda olduğunu bildirib.

Müdafiəçinin sözlərinə görə, Puçdemon Belçikaya məhkəmədə ifadə vermək üçün gedirmiş.

Cümə günü İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Puçdemonun həbsi üçün Avropa orderi verib.