XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 16:24

Prezident DTX-nın 3 əməkdaşına general rütbəsi verdi, bir qrup əməkdaşını isə təltif etdi –TAM SİYAHI

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

*** 

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Zaur Aydın oğlu – polkovnik

Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

"Vətən uğrunda” medalı ilə

Ramazanov Rafiq Sultan oğlu – polkovnik

Hüseynov İlqar Yavər oğlu – polkovnik

Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant

Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant

Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

"İgidliyə görə” medalı ilə

Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant

Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant

Əzimov Əzim Yaqub oğlu – leytenant

"Hərbi xidmətlərə görə” medalı ilə

Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant

Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant

Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı

Paşayev Qənimət Əliheydər oğlu – mayor

Hacıyev Ramil Kamil oğlu – mayor

Həşimov Mirələm Ağamir oğlu – mayor

Ələskərov Kazım Faiq oğlu – mayor

Zeynalov Vüsal Nayib oğlu – kapitan

Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.