XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 18:48

Leonid Slutski:"Bu, Rusiyaya qarşı misli görünməmiş və düşməncəsinə verilmiş qərardır"

"Rusiyalı diplomatların çıxarılması ilə bağlı bir sıra Avropa ölkələrinin verdiyi qərar Rusiya əleyhinə danışılmış addımdır".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Dövlət Dumasında beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxış edib.

Slutski bildirib ki, rusiyalı diplomatların Avropa Birliyi ölkələrindən çıxarılması, ABŞ-ın da Britaniya ilə həmrəylik nümayiş etdirməsi presidentsiz və düşməncəsinə verilmiş qərardır. 

Onun sözlərinə görə, "Skripal işi" üzrə aparılan təhqiqat yekunlaşmadan, Britaniya və onun Avropa Birliyi və ABŞ-dakı müttəfiqləri Rusiyanı təqsirkar çıxarıblar: "Bu, Rusiyaya qarşı yönələn təxribat zəncirinin bir həlqəsi və beynəlxalq hüquq sisteminin məhv edilməsidir". 

Strateq.az