XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2018 - 14:48

“Moskvanın Vaşinqtona və bir sıra Qərb ölkələrinə adekvat cavabı olacaq” –Zaxarova

Rəsmi Moskva rusiyalı diplomatların ölkədən çıxarılmasına reaksiya olaraq Vaşinqtona və bir sıra Qərb ölkələrinə adekvat cavab verəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, söhbət diplomatların çıxarılması ilə yanaşı, Sietl şəhərində Rusiya baş konsulluğunun bağlanmasından da gedir.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb/Trend