XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 16:24

Nazir keçmiş səfiri idarə rəisi vəzifəsinə təyin etdi –XİN-də dəyişiklik + Açıqlama

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov yeni vəzifəyə təyinat alıb.

Strateq.az modern.az-a istinadən xəbər verir ki, keçmiş səfir Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəisi təyin olunub.

Faiq Bağırov sayta açıqlamasında xəbəri təsdiqləyib. "Xəbər doğrudur. Hazırda Konsulluq İdarəsinin rəisi vəzifəsində işləyirəm. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum”.

Qeyd edək ki, Faiq Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında prezident İlham Əliyev F.N.Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Daha əvvəllər isə o, Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.