XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 16:47

Çindən “Skripal işi” ilə bağlı Rusiyaya dəstək:"Cinayət həqiqi sübutlar üzərində araşdırılmalıdır"

Çin “Skripal işi” ilə əlaqədar Rusiyaya edilən təzyiqə münasibət bildirib.

Bununla bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq danışıb.

O bildirib ki, soyuq müharibə və cəbhələşməkdən imtina etməliyik: “Skripala qarşı cinayət həqiqi sübutlar üzərində araşdırılmalıdır. Olayı yaxından izləyirik. Bütün tərəflər beynəlxalq qanunlara riayət etməlidir”.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Dünən isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 139-a çatıb/Teleqraf.com.