Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Qərb dövlətlərindən rus diplomatlarının kütləvi qovulmasına sərt reaksiya verib.
Strateq.az RİA-ya istinadən bildirir ki, Narışkin diplomatların kütləvi sürgününü “çirkin və alçaq təxribat” adlandırıb: “Cavabımız adekvat və kifayət qədər sərt olacaq”.
Onun sözlərinə görə, çıxarılmış diplomatların arasında xarici kəşfiyyat xidmətinin zabitləri də var. Narışkin onların sayının çox az olduğunu vurğulayıb: “Bu zabitlər Rusiya səfirliklərinin təhlükəsizliyinin təmini ilə məşğul olurdular”.