XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 10:08

Bakını toz basıb –Nazirlik tozun miqdarının normadan artıq olduğunu açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 29-30 mart 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır:

"Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb".