XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2018 - 15:21

“Britaniyanın verdiyi informasiya çox inandırıcı oldu” –ABŞ səfiri rus diplomatları niyə qovduqlarını açıqladı

"Vaşinqtonun rus diplomatları qovmaq qərarı ciddi sübutlara əsaslanır, Böyük Britaniyanın verdiyi informasiya çox inandırıcı oldu".

Bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib.

“Bu qərar Böyük Britaniyanın Baş naziri Tereza Meyin təqdim etdiyi çox ciddi sübutlara əsaslanır. O, bir çox ölkələrə və beynəlxalq təşkilatlara müraciət etdi və açıq şəkildə orada nə baş verdiyini və bunun Rusiya ilə necə əlaqələndirildiyini izah etdi. Bu informasiya yalnız ABŞ üçün deyil, bir çox digər ölkələr üçün də inandırıcı oldu”, – Hantsman bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey Solsberi şəhərində keçmiş casus Sergey Skripalın zəhərlənməsində Rusiya hökumətinin əlinin olduğunu bildirmişdi.

Hazırda dünyanın 30-a yaxın ölkəsindən 150-dən çox rus diplomatı çıxarılıb/Axar.az.