XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

29 Mart 2018 - 15:37

Ukraynalı ekspertdən sensasion iddia:"Rusiya Kosovonun şimal hissəsinə ordu yeridə bilər"

"Rusiya Kosovonın şimal hissəsinə ordu yeridə bilər".

Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı siyasi ekspert Vitali Portnikov paylaşıb.

“Moskva və Belqrad çalışırlar ki, Kosovodan serb əhalinin yaşadığı ərazini ayırsınlar və albanlara qarşı etnik təmizləmə həyata keçirsinlər. Belə bir addım 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsi zamanı atılıb. Kreml bu yolu seçsə, Rusiya və Qərb münasibətlərində yeni gərginlik yaranacaq. Kosovonun müstəqilliyini tanımayan Ukrayna artıq indidən kimin tərəfində olacağını müəyyən etməlidir”, – deyə o, bildirib/Axar.az.