XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 16:56

Baş nazirdən istefa xəbərinə reaksiya:"Sakitləşin, hələ heç yerə getməyə hazırlaşmıram"

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefası ilə bağlı son günlər yayılmış xəbərlərə münasibət bildirib.

Baş nazir jurnalistlərə hələ heç yerə getməyə hazırlaşmadığını deyib. 

G.Kvirikaşvili bildirib ki, dəyişikliklər adi haldır: "Biz bir sıra vacib işlər görməliyik. Sakitləşin, ölkəyə sabitlik lazımdır və hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Gürcüstan KİV-də yaxın gələcəkdə baş nazirin istefa verəcəyi ilə bağlı məlumatlar yer alıb. 

Yerli medianın ehtimalına əsasən, buna səbəb G.Kvirikaşvilinin Rusiya rəhbərliyinə müraciət etməsidir.

 Qeyd edək ki, o, müraciətində Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb/APA.