XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 23:15

Vaşinqtondan Rusiyaya mesaj:"Ölkədən çıxarılanlar diplomat yox, casus idilər..."

"ABŞ hökuməti ölkədə Rusiyadan olan diplomatların sayını azaltmır və yeni diplomatlar üçün qapılar açıqdır".

TASS informasiya agentliyi xəbər verir ki, bu açıqlamanı ABŞ administrasiyasının nümayəndəsi martın 29-da xarici jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib.

Bununla yanaşı, Amerika hökumətinin nümayəndələri Vaşinqtonun “xarici kəşfiyyat əməkdaşları tərəfindən gözlənilən təhlükəni” ciddi qəbul etdiyini bildiriblər.

“Bizim qapımız rusiyalı diplomatların üzünə açıqdır, lakin biz diplomat olmayan şəxslərlə bağlı ciddi narahatlıq keçiririk”, – deyə onlardan biri qeyd edib. Nümayəndə ölkədən çıxarılan Rusiya diplomatlarını casus adlandırıb/Azərtac.

Xatırladaq ki, Avropa İttifaqının bir sıra ölkələri, habelə ABŞ, Kanada, Norveç, Ukrayna, Gürcüstan və başqa dövlətlər “Skripal işi” əlaqədar rusiyalı diplomatları arzuolunmaz şəxs elan ediblər. O cümlədən Vaşinqton bəyan edib ki, 48 rusiyalı diplomatı və Rusiyanın BMT yanındakı missiyasının 12 əməkdaşını ölkədən çıxarır. 

RF XİN də öz növbəsində ABŞ-ın Peterburqdakı konsulluğunu bu gün qapadıb, üstəlik, 60 Amerikalı diplomatın ölkəni tərk etməsi üçün 7 gün vaxt verib.