XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2018 - 10:22

Baş nazirin müavini:"Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır"

Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdan başqa bir şey deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ həmin açıqlamanı şərh edərkən deyib.

B.Bozdağ bildirib ki, Fransa prezidentinin açıqlaması Türkiyə üçün qəbulolunmazdır.

Onun sözlərinə görə, Türkiyə terrorçularla danışıqlar aparmır və bu cür niyyəti də yoxdur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri martın 18-də iki aya yaxın davam edən “Zeytun budağı” əməliyyatı nəticəsində Suriyanın Afrin rayonunu PYD və YPG terrorçularından azad etmişdi.