XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2018 - 16:57

İran diplomatı hücuma məruz qalıb- Yunanıstanda

 

İranın Yunanıstandakı səfirliyinin əməkdaşı hücuma məruz qalıb.

Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasemi bildirib ki, səfirlik əməkdaşına soyuq silahla hücum olub. Baş verən insidentlə əlaqədar Yunanıstanın Tehrandakı səfirliyinin müşaviri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. İran tərəfi Yunanıstandan tələb edib ki, Afinada baş verən cinayət hadisəsi tez bir zamanda araşdırılsın və təqsirkarlar cəzalandırılsın. Rəsmi Tehran İranın Yunanıstandakı diplomatık nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsini də tələb edib.

B.Qasemi bildirib ki, Yunanıstanın İrandakı səfiri ölkədə olmadığı üçün etiraz notası onun müşavirinə təqdim edilib(azərtac).