XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 17:08

Bakıda müxalifətin növbəti mitinqi keçirilib – FOTOLAR

Bakıda – "Məhsul" stadionunda müxalifətin növbəti mitinqi keçirilib.  

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri bunlar olub: “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”.

Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunub.

1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı ölkənin bir sıra yerlərində rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb.

İlk çıxışı AXCP sədri Əli Kərimli edib. O, çıxışında əvvəlcə 31 mart soyqrımından danışıb, erməni terrorunu lənətləyib, dünyanı erməni terroruna göz yummaqda ittiham edib.

AXCP sədri1918-ci ilin mart qırğınından danışarkən deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

Azadlıq Radiosunun məlumatına görə, Əli Kərimli çıxışında həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var: “Onlar bu milləti sevən insanlardır”.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib.