XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2018 - 22:32

Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib:“Buna son qoymalıdır"


Türkiyyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib və, öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə,  R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə,  terror siyasəti yürütməkdə davam edir". 

Türkiyyə prezidenti Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır".