XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 06:45

Abbas Abbasova ikiqat cinayət işi açıla bilər

Qabil Hüseynli: «Hazırda o, Rusiya hakimiyyəti üçün də önəm kəsb etmir»

Bu günlərdə keçirilən qurultayda yenidən «AzərRos»un prezidenti seçilən Söyün Sadıqov baş nazirin keçmiş müavini Abbas Abbasov haqqında kəskin fikirlər səsləndirib və onu «peşka» adlandırıb.

S.Sadıqov verdiyi açıqlamada bildirib ki, artıq Abbas Abbasov onun üçün maraqlı deyil, amma o, qurultayda üzləşdikləri problemlə bağlı Putinə müraciət etmək niyyətindədir:

«Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin milli muxtariyyət və xarici agent haqqında qanunu pozması haqqında RF-nin prezidentinə müraciətimdə yazacağam. Ona görə ki, Ədliyyə Nazirliyi Prezident Adminstrasiyasının hansısa nümayəndəsinə və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına istinad edir. Mənə Abbas Abbasov maraqlı deyil artıq, çünki mən dedim ki, öz millətini satan birisidir və o, azərbaycanlıların toplantısına FTX və polis göndərməklə özünü ifşa etdi. Prezident Adminstrasiyasının və FTX-nin hərəkətləri azsaylı xalqların hüquqlarının pozulmasına gətirib çıxarır və bu da sonda Azərbaycan ictimaiyyəti tərəfindən Rusiyaya qarşı etimadsızlıq mühitinə gətirib çıxara bilər».

Qeyd edək ki, bir müddət əvvəl Abbas Abbasov barəsində analoji bir şikayət Azərbaycan Prezidentinə ünvanlanmışdı. Həmin müraciətə imza atan bir qrup diaspor fəalı Abbas Abbasov barəsində cinayət işinin açılmasını istəyirdi. Göründüyü kimi, Abbas Abbasovun işi heç də yaxşı deyil. Onun barəsində cinayət işinin qaldırıla bilməsi perspektivi nə dərəcədə inandırıcıdır və bütün cərəyan edənlər onun hər iki ölkə rəhbərliyinin gözündən düşməsinə dəlalət edə bilərmi?

Məsələ ilə bağlı açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Söyün Sadıqov siyasi tərəfində dəyişiklik etdiyinə görə onu Azərbaycan üçün Abbas Abbasovdan daha etibarlı adam saymaq olar:

«Azərros»un bünövrəsini elə Söyün Sadıqov qoyub. İndi iki eyniadlı qurum var. Biri Abbas Abbasovun rəhbərliyi altında olan parçalanmış «Azərros» və Sadıqovun qurumu. Onların arasında bu dəqiqə dava gedir. Bir-birilə «qanlı bıçaq»dırlar. Bildiyimə görə, Söyün Sadıqov hazırda Azərbaycanın mövqeyini müdafiə edir. Lakin əvvəl belə deyildi. Azərbaycan diasporu ilə də əməkdaşlıq edir. O, keçmiş KQB mayorudur. Rusiyanın da vətəndaşıdır. Ancaq hər halda, Abbas Abbasovdan yaxşı olar.

çünki tövbə edib bu tərəfə keçmiş adamdır. Abbas Abbasov bura artıq öz zərbəsini vurub. Onun xüsusilə də prezident seçkilərindən əvvəl göstərdiyi fəaliyyət hamının yadındadır. Təbiidir ki, hazırda o, Rusiya hakimiyyəti üçün də önəm kəsb etmir. Missiyasını bitirmiş insandır. Bu baxımdan da hər iki ölkədə onun barəsində cinayət işinin qaldırılmasına dair perspektivi real hesab edirəm».

Məhəmmədəli QƏRİBLİ