Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa dövlətləri ilə yaşanan böhranla bağlı yeni açıqlamar verib.
Rusiya ilə yaşanan gərginliyin soyuq savaş adlandırılması ilə razılaşmayan Lavrovun sözlərinə görə, o zaman tərəflər arasında heç olmasa bəzi qaydalar olub: "Lakin indi elə vəziyyət yaranıb ki, İngiltərə və ABŞ bütün qaydaları heçə sayır".
Qərb ölkələrinin "uşaq oyunu" oyandıqlarını deyən Lavrov bildirib ki, gərginliyin harada qədər artacağı Rusiyadan aslı deyil: "Bu, onlara bağlı məsələdir. Məncə, Skripalin zəhərlənməsi Brexit prosesi ilə bağlı öz vətəndaşlarına verdiyi sözü tuta bilməyən İngiltərənin özünə lazım idi. Onlar bununla diqqəti başqa istiqamətə çəkməklə, vəziyyətdən çıxmağa çalışırlar"/Mia.az.