Türkiyə qırıcıları İraqda növbəti əməliyyat keçiriblər.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi məlumat yayıb.
Bildirilib ki, aprelin 2-də İraqın şimalında yerləşən Hakurk-Zap bölgəsində yönəlik hava əməliyyatı nəticəsində PKK-ya məxsus sığınacaqlar da daxil olmaqla, 9 hədəf məhv edilib.