XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 11:48

İran Fransaya qarşı çıxdı –Suriya münaqişəsinin həlli ilə bağlı

İran Fransanın Suriya münaqişəsinin həlli üzrə sülh danışıqlarında iştirakına qarşıdır.

İran KİV-ləri xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Türkiyə rəsmisi bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran Fransanın Suriya böhranı ilə bağlı Ankarada keçiriləcək sammitə qatılmasının əleyhinə çıxıb. 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ankarada təşkil edilən Suriya münaqişəsi üzrə sammitə qatılmaq istədiyini açıqlayıb. Türkiyə onun istəyini müsbət qarşılasa da, İran buna qarşı çıxıb.

Xatırladaq ki, aprelin 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Suriyadakı vəziyyət üzrə sammit keçiriləcək/Report.