XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 12:19

Xəstəxanada baş verən ana ölümünə görə direktor əvəzi həbs edildi –Baş Prokurorluq xəbər yaydı

Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs tutulub.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Türkan İlham qızı Məmmədovanın martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb:

"İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib. Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir".