XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 13:48

Azərbaycanda tikintiyə icazə ilə bağlı mühüm dəyişiklik –Yeni qanun qəbul edildi

Azərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək.

Əvvəlcə bu müddət 10 gün idi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib/Report.