XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 15:35

Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq –Ankarada mühüm görüşə hazırlıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Ankarada Suriya ilə bağlı keçirəcəkləri görüşün təhlükəsizliyini 4 min polis əməkdaşı təmin edəcək.

Rusiya və İran prezidentlərinin təhlükəsizliyini təmin etmək üçün Esenboğa hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bildirilib ki, Vladimir Putin və Həsən Ruhaninin qalacaqları mehmanxanalarda geniş təhlükəsizlik tədbirləri görülüb. Onların qalacaqları mehmanxanaların mərtəbələri tamamilə bağlanıb, ziyarət zamanı otelin ətrafı, ora açılan küçə və prospektlərdə qabaqlayıcı tədbirlər görüləcək/Report.