XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 16:28

Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başladı –Rusiya liderinin Ankaradakı qrafiki açıqlandı

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındada təkbətək görüş keçiriləcək. 

Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər.

İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq. Həmin gün R.T.Ərdoğan və V.Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar/Report