"Dnestryanı Moldovanın tərkibinə yalnız Kişinyovun Rusiya ilə xoş münasibətlər quracağı təqdirdə qayıdacaq".
Bu sözləri öz Feysbuk səhifəsində Moldova Prezidenti İqor Dodon paylaşıb.
O, Moldovanın öz neytrallığını qoruyub saxlamalı olduğunu deyib.
Dodon bildirib ki, ölkənin geosiyasəti xaricdən ölkəyə göndərilən siyasi proqramlara tabe olmamalıdır.
Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçi kimi tanınır/Axar.az.